RU

ABŞ İrana endirdiyi zərbədən sonra İsraili müdafiə etməyə hazırdır

Bakı, TurkicWorld

ABŞ müdafiə naziri Lloyd Ostin israilli həmkarı Yoav Qalantla telefon danışığında Vaşinqtonun yəhudi dövlətini İrana endirdiyi zərbədən sonra müdafiə etməyə hazır olduğunu bildirib.

TurkicWorld xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayderin yazılı bəyanatında deyilir.

"ABŞ müdafiə naziri Lloyd Ostin, israilli həmkarı Yoav Qalantla telefon danışığı zamanı zərbənin son məlumatlarını almaq məqsədilə müzakirə aparıb", - Patrik Rayder.

Qeyd edək ki, İsrail "aylardır davam edən hücumlara" cavab olaraq İrandakı hərbi obyektlərə zərbələr endirəcəyini qabaqcadan bildirmişdi.

Избранный
34
17
turkic.world

10Источники