RU

İkiqat olimpiya çempionunundan yeni dünya rekordu

2024-cü ilin olimpiya çempionu, amerikalı üzgüçü Reqan Smit 100 metr məsafəyə arxası üstə üzmə növündə yeni dünya rekordu müəyyənləşdirib. İkiqat olimpiya çempionunun nəticəsi 54,41 saniyə olub.

İdmançı bu rekorda Cənubi Koreyanın İnçon şəhərində qısa hovuzda keçirilən üzgüçülük üzrə Dünya Kubokunun ikinci mərhələsində nail olub.

Qeyd edək ki, əvvəlki dünya rekordunun ömrü cəmi bir ay təşkil edib. Həmin rekord sentyabrın 26-da Avstraliyanın milli çempionatında Kayla Makkiun tərəfindən (54,56) müəyyənləşdirilmişdi.

Əlavə edək ki, adi hovuzda bu məsafəyə dünya rekordu da Reqan Smitə məxsusdur – 57,13.

Избранный
33
futbolinfo.az

1Источники