RU

Türk Dövlətlərinin nazirləri Azərbaycandatoplanacaq

İstanbulda Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin Birinci Toplantısı keçirilir.

Redaktor.az xəbər verir ki, tədbirdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Macarıstan, Şimali Kipr Türk Cümhuriyyəti təmsil olunur.

Azərbaycanı tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Toplantıda işçi qrupun gələcək fəaliyyətinə dair atılacaq addımlar, türkdilli ölkələrin sahə üzrə əməkdaşlığının artırılması kimi məsələlər müzakirə olunur.

Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır çıxışı zamanı vurğulayıb ki, ilk dəfə keçirilən bu toplantı TDT əməkdaşlığının təməlidir.

Tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov Türk Dövlətləri Təşkilatı ölkələrinin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin növbəti toplantısının Azərbaycanda keçirilməsi ilə bağlı təklif irəli sürüb. Təklif iştirakçı ölkələr tərəfindən qəbul olunub.

Toplantının sonunda iştirakçı ölkələrin ortaq bəyanatı yayımlanacaq.

Избранный
64
6
redaktor.az

8Источники