RU

Xalq artisti Ağdama köçmək istəyir: “Adam doğulduğu torpaqda niyə yaşamasın?”

Ağdam şəhərində tikilən Muğam Mərkəzi artıq hazırdır.
Bu barədə Qaynarinfo-ya Xalq artisti Aygün Bayramova məlumat verib.
Xanəndə mərkəzin yay zalı da olduğunu vurğulayıb:
“Mərkəzin 650 yerlik zalı var. Ağdam musiqi beşiyidir. 2018-ci ildə Quzanlı qəsəbəsində Muğam Mərkəzinin açılışından biz də iştirak etmişdik. Prezident İlham Əliyev çıxışı zamanı bildirdi ki, torpaqlarımız alınandan sonra Ağdamın mərkəzində bundan da gözəl və böyük Muğam Mərkəzi tikiləcək. Ermənilər Ağdamda heç nəyi salamat saxlamayıblar, gördüklərini dağıdıb aparıblar. İndi Ağdam yenidən qurulur. Mərkəzin açılışının nə vaxt olacağını bilmirəm. Amma bilirəm ki, yavaş-yavaş orada hər şey olacaq”.
Aygün Bayramova deyib ki, Ağdama köç başlayan kimi ora yerləşəcək:
“Ağdam, Şuşa, Xankəndinə tez-tez səfər edirik, tədbirlərə qatılırıq. Amma Ağdama köç başlayanda biz də gedəcəyik. Adam niyə öz doğulduğu torpağa getməsin, orada yaşamasın ki? Mən də orada yaşamaq istəyirəm. Biz orada doğulmuşuq, orda da yaşamalıyıq. Gözəl havası, suyu, təbiəti var, Bakının tıxaclarından yüz dəfə yaxşıdır, nə əsəbləşirsən, nə də dilxor olursan. Allah qismət eləsin, orada işləyək”.
Избранный
27
4
busaat.az

5Источники