İstehsalatda bədbəxt hadisələr zamanı ölənlərin sayı 2 dəfə artıb. 2022-ci ildə ölənlərin sayı 34 idisə, 2023-cü ildə 70 nəfər iş zamanı dünyasını dəyişib.
Qaynarinfo Statistika Komitəsinə əsasən xəbər verir ki, istehsalatda bədbəxt hadisələr zamanı əmək qabiliyyətini itirən və ölənlərin sayı 2023-cü ildə 454 nəfər olub. 2022-ci ildə isə bu rəqəm 281 nəfər təşkil edib.
Bu da iş zamanı bədbəxt hadisələr nəticəsində zərər görənlərin sayının 2 dəfə artdığını göstərir.