Dinozavrlar dövrünə aid böyük bir məməli növü aşkar edilib. Təxminən 75 milyon il əvvəl indiki ABŞ-da yaşayan heyvan, ehtimal ki, bataqlıqlarda yaşayırdı.
Təxminən 100 milyon il əvvəl başlayan və 66 milyon il əvvəl sona çatan Son Təbaşir Dövründə dinozavrlar yer üzündə hökmranlıq etdilər.
Bu dövrdə ümumiyyətlə siçan ölçüsündə olan məməlilər, Dinozavrlar dövrünün bitməsindən sonra inkişaf edərək dominant növə çevrildilər.
Elm adamları ABŞ-ın Kolorado ştatında apardıqları araşdırmalarda, Son Təbaşir dövrünün qaranlıq bir dövrünə işıq salan məməli növünün fosilləri tapıblar.
PLOS One jurnalında dərc edilən araşdırmada 70-75 milyon il əvvələ aid çənə sümüyü və molar fosilləri təhlil edilib.
Elm adamları yeni opossuma bənzər növə Heleocola piceanus adını verdilər. Heleokola latınca “bataqlıqda yaşamaq” kimi bir şey deməkdir.
Məməlinin yaşadığı dövrdə Şimali Amerikanı iki yerə bölən Qərb Daxili Dəniz Yolu adlı böyük bir daxili dəniz var idi. Bu zaman Koloradonun qərb hissələrində bataqlıq ərazilərin olduğu təxmin edilir.
Əllərində olan məhdud tapıntılara əsaslanaraq, komanda Heleokolanın hansı həyat tərzi sürdüyünü anlamağa çalışır və onun əsasən bitkilərlə qidalanan hər şeyi yeyən bir canlı olduğunu düşünürlər.
Tədqiqatçılar heyvanın ən maraqlı cəhətinin onun ölçüsü olduğunu düşünür.
Kolorado Universitetinin Təbiət Tarixi Muzeyindən araşdırmaya rəhbərlik edən Dr. Jaelyn Eberle əlavə edir: "Bu, Son Təbaşir dövrünün standartlarına görə böyük məməli idi (təxmini bədən kütləsi indiki müşkratınkına yaxındır), halbuki bu dövrdə yaşayan məməlilərin əksəriyyəti siçan ölçüsündə idi".
Son Təbaşir dövrünün məməliləri ümumiyyətlə kiçik və nisbətən əhəmiyyətsiz olaraq şərh edildiyindən, hesab edirəm ki, Heleokolanın ölçüsü diqqəti çəkən nəticələrdən biridir.
Dr. Eberle yeni tapıntıların əhəmiyyətli olduğunu da bildirir, çünki bu dövrdə Şimali Amerika və məməlilər haqqında çox şey məlum deyildi.
Heleokola, ehtimal ki, Qərbi Daxili Dəniz Yolu sahillərinə yaxın deltalar və bataqlıqlar ərazisində yaşayırdı. Alimlər hesab edirlər ki, bu bölgə həm də tısbağalar, ördək gövdəli dinozavrlar və nəhəng timsahlar kimi heyvanlara ev sahibliyi edir.