RU

Bu məktəblərdə hicab qadağan edildi

Rusiyanın Vladimir vilayətinin Təhsil və Gənclər Siyasəti Nazirliyi məktəblilər üçün standart geyim tələblərinə dini mənsubiyyətini nümayiş etdirən hicab, niqab və digər elementləri qadağan edən bənd əlavə edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu, Rusiyanın hüquqi informasiya portalında dərc olunan sənədin mətnində öz əksini tapıb.

Bildirilir ki, müvafiq sərəncam oktyabrın 22-də imzalanıb. Sənədə yeni bənd əlavə edilib:

"Təhsil təşkilatlarında şagirdin dini mənsubiyyətini (o cümlədən hicab, niqab və s.) nümayiş etdirən geyim və onun elementlərinin geyinilməsinə icazə verilmir".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Избранный
85
2
milli.az

10Источники