RU

Gürcüstanda seçki - MSK nəticələri elan edib - (Yenilənib)

Gürcüstanda

Gürcüstan Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin baş tutduğunu elan edib.

Reyting.az
"Report"-a istinadla xəbər verir ki, saat 20:00-a olan ilkin məlumatına görə, seçici fəallığı 58,94 faiz təşkil edib.

Səslərin 70,9 faizi işlənildikdən sonra “Gürcü arzusu” 52,98 faiz səs toplayıb. “Gürcü arzusu”na 921 067 seçici səs verib.

Parlamentə, həmçinin 4 müxalifət partiyası daxil olur:

”Dəyişiklik Koalisiyası” – 11,2 faiz,

”Vahidlik – Milli Hərəkat” – 9,8 faiz,

”Güclü Gürcüstan” – 9 faiz,

”Qaxariya – Gürcüstan naminə” – 8,2 faiz.

Qalan partiyalar 5 faizlik baryeri keçə bilməyiblər.

Parlament seçkiləri ilə əlaqədar 3111 seçki məntəqəsi açılıb. Bunlardan 3044-ü Gürcüstanda, 67-si isə xarici ölkələrdə yerləşirdi. Seçicilərin ümumi sayı 3 508 294 nəfər təşkil edib. Onlardan 3 113 747 nəfəri elektron texnologiyalardan istifadə etməklə öz seçimini edib.

Qeyd edək ki, Gürcüstanın hakim partiyasının icraçı katibi Mamuka Mdinaradze keçirdiyi brifinqdə deyib ki, “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası parlament seçkilərində qələbə qazanmasına baxmayaraq, ilkin hesablamalara görə, parlamentdə 90-91 mandat alacaq.

***

Hakim “Gürcüstan Arzusu – Demokratik Gürcüstan” partiyası 99,26 faiz (3 111-dən 3 088) məntəqənin səsvermə bülletenlərinin hesablanması nəticəsində 54,23 faiz səslə parlament seçkilərində qalib gəlir.

Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) bildirir ki, “Gürcüstan arzusu” 54,234 faiz, “Dəyişiklik üçün Koalisiya” 10,822 faiz, “Birlik – Milli Hərəkat” Partiyası 10,105 faiz, “Güclü Gürcüstan” 8,758 faiz, “Gürcüstan üçün Qaxariya” Partiyası 7,753 faiz səs toplayıb.

MSK-nın məlumatına görə, digər partiyalar 5 faizlik baryeri keçə bilməyiblər.

Gürcüstanda parlament seçkilərində 18 seçki subyekti iştirak edib. Seçkilər ilk dəfə olaraq yalnız proporsional sistem (partiya siyahıları) üzrə və elektron texnologiyalardan – verifikasiya və səslərin hesablanması aparatlarından geniş istifadə edilməklə keçirilib.
Избранный
9
3
reyting.az

10Источники