RU

ABŞ-ın yeni prezidenti kim olacaq? – Zirəddin ad çəkdi

“Baxmayaraq ki, Donald Trampı siyasətçi hesab etmirəm, amma onun hakimiyyətə qayıtmasını istərdim. O, özü ilə müharibə enerjisi daşımayan biridir”.

Bu özləri Globalinfo.az-a Rusiyada yaşayan azərbaycanlı ekstrasens Zirəddin Rzayev noyabr ayında ABŞ-da keçiriləcək prezident seçkiləri ilə bağlı danışarkən deyib.

Ekstrasensin fikrincə, Tramp qalib gəlməyəcək:

“Əgər yanılmıramsa, Trampın prezident olmaq şansı çox olsa da, Demokratlar Partiyası qalib gələcək. 24 fevral 2024-cü ildə öz Teleqram kanalımda Din Fillipisin prezident olacağını paylaşmışdım. O da Demokratlar Partiyasından biridir. Bu gün isə prezidentliyə namizədlərdən gündəmdə olanı Kamala Harrisdir. Bu o deməkdir ki, Demokratlar Partiyasının qalib gəlmə ehtimalı çoxdur”.

Z.Rzayev K.Harrislə bağlı daha öncə verdiyi proqnoza diqqət çəkib:

“Fevral ayında Kamala Harris hələ gündəmdə deyildi, amma mən 24 fevralda demişdim ki, Din Fillipis seçilməlidir, yəni qələbə böyük ehtimalla Demokratlar Partiyasının olacaq.

Verdiyim proqnozlar mediada əksini tapıb. Proqnozlarım 90 faiz özünü doğrultsa da, 10 faiz doğru şifrələmədiyim detallar da olur. Bu da normaldır. Heç vaxt özünü doğruldan kəhanətlərimlə öyünməmişəm, heç vaxt da xətalarımdan utanmamışam. “Sübhənallah” zikri çox gözəl zikrdir. Yəni Allah pak və təmizdir, qüsursuzdur”.

Избранный
20
turkustan.az

1Источники