İspaniya La Liqasının 11-ci turunda ötən gecə keçirilən "Real" - "Barselona" matçında (0:4) gərgin anlar yaşanıb.
QOL.az xəbər verir ki, Kataloniya klubunun ehtiyat oyunçuları 4-cü qoldan sonra sevincini çox çılğın şəkildə qeyd edib. Hətta onlar bu zaman "Real"ın texniki zonasına daxil olub. Onların arasında "Barselona"nın məşqçisi Markus Sorq da olub.
Bu isə Madird klubunun baş məşqçisi Karlo Ançellotini əsəbiləşdirib. O, etirazını "Barselona"nın baş məşqçisi Hans Diter Flikə bildirib.
Oyundan sonra bununla bağlı danışan Ançelotti qeyd edib: "Problem Fliklə deyil, köməkçi-məşqçi ilə oldu. Qoluqeyd edərkən centlmen deyildi. Bunu Flikə dedim və o, razılaşdı".
Carlo Ancelotti Saying to Not score more than 4 to Hansi Flick.
— تركي الصعيري (@l__8T) October 26, 2024
pic.twitter.com/d5GwIzGM6q