RU

Akademik Opera və Balet Teatrında görüş olub

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin ölkəmizin aparıcı teatrlarının kollektivləri ilə görüşləri davam edir. Görüşlərdə mədəniyyət ocaqlarının cari fəaliyyəti, qarşıya qoyulan yaradıcı vəzifələr müzakirə olunur.

Nazirlikdən hafta.az-a bildiriblər ki, oktyabrın 26-da mədəniyyət naziri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında olub, kollektivlə görüşüb.

Görüşdə teatrın direktoru, Xalq artisti Yusif Eyvazov, baş rejissor Əməkdar incəsənət xadimi Hafiz Quliyev, baş dirijor Əməkdar artist Əyyub Quliyev, aparıcı səhnə ustaları - Xalq artisti Gülağası Mirzəyev, Əməkdar artistlər Afaq Abbasova, Tural Ağasıyev, Cahangir Qurbanov, solistlər Mahir Tağızadə, Taleh Yahyayev, Atəş Qarayev, Mütəllim Dəmirov və başqaları çıxış edərək teatrın yaradıcı fəaliyyətinin mövcud vəziyyətindən söz açıblar.

Kollektivin üzvləri incəsənət xadimlərinin maddi rifahının yaxşılaşdırılması, onların güzəştli şərtlərlə mənzillərə sahib olması, eləcə də istismar müddəti bitmiş musiqi alətlərinin yeniləri ilə əvəz olunması, balet artistlərinin təqaüdə çıxması və hərbi xidmətə çağırılması problemləri, musiqiçilərin dövlət tədbirlərində çıxışları üçün qonorarların ödənilməsi, fəxri adların verilməsi, yeni əsərlərin tamaşaya qoyulması kimi məsələlər diqqətə çatdırılıb.

Söhbət zamanı həmçinin ötən əsrdə Azərbaycan bəstəkarlarının yazdığı əsərlərin yenidən redaktəsi və klavirlərin çap olunması, yaradıcı şəxslərin xarici ölkələrdə keçirilən müsabiqə, festival və seminarlarda iştirakı üçün şəraitin yaradılması və s. mövzular da müzakirə olunub.

Nazir qaldırılan məsələlərlə bağlı fikirlərini bölüşüb.

Qeyd olunub ki, Prezident İlham Əliyev tərəfindən mədəniyyətin müxtəlif istiqamətləri kimi teatr sahəsinin də inkişafına qayğı göstərilir. Teatrların maddi-texniki bazası möhkəmləndirilir. İncəsənət ustaları mütəmadi fəxri adlara, mükafatlara layiq görülürlər.

Akademik Opera və Balet Teatrı binasının əsaslı təmiri də bu diqqətin təzahürüdür.

Nazir qeyd edib ki, hazırda mədəniyyət sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi əlaqədar addımlar atılır. Bu proses başa çatdıqdan sonra bir sıra məsələlər həllini tapmış olacaq.

Görüşün sonunda Adil Kərimli səsləndirilən müraciətlərin diqqətdə saxlanılacağını deyib, kollektivə yaradıcılıq uğurları arzulayıb.

Избранный
1
7
hafta.az

9Источники