RU

“Orada nə baş verdiyini görmədim - Dəhşətli heç nə yoxdur, normal vəziyyətdir”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik “el klasiko” zamanı “Real”ın çalışdırıcısı Karlo Ançelotti ilə bağlı insident haqda danışıb.

Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, o, hər şeyin normal olduğunu söyləyib:

“Orada nə baş verdiyini görmədim. Final fitindən sonra Ançelotti ilə danışdım. Dəhşətli heç nə yoxdur, normal vəziyyətdir. Komandamız sadəcə qolu bayram etdi. Biz böyüklərik və hər şeyi müzakirə edə bilərik”.

Ançelotti 4-cü qoldan sonra bunu qeyd edən Flikin davranışından narazılığını bildirib.

“Barselona” səfərdə “Real” üzərində 4:0 hesablı qələbə qazanıb. Kataloniyalılar La Liqa cədvəlində Madrid klubunu 6 xal qabaqlayır.

Избранный
27
sportinfo.az

1Источники