RU

Mikayelyandan sərhəd açıqlaması: "Azərbaycanla müharibə..."

Ermənistan Azərbaycanla döyüşmək, müharibə aparmaq gücündə deyil.

Teleqraf.com xəbər verir ki, bunu erməni "Yerkrapa" terrorçu qruplaşmasının rəhbəri Sasun Mikayelyan deyib.

Qruplaşma rəhbəri sabiq prezidentlər Robert Köçəryan və Serj Sarkisyanı ordu və dövləti talamaqda ittiham edib.

"Sərhədlərin delimitasiya və demarkasiyanın tərəfdarıyam, çünki bu gün bizim azərbaycanlılara qarşı döyüşmək şansımız yoxdur.

Ötən 20 il ərzində azərbaycanlılar silah-sursat alırdılar, bizim keçmiş rəhbərlərimiz isə talançılıqla məşğul olurdular", - Mikayelyan vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu
Избранный
27
teleqraf.com

1Источники