RU

Özbəkistanda parlament seçkilərində seçici fəallığı 62,7% təşkil edib

Daşkənd. Trend:

Yerli vaxtla saat 15:00-a olan məlumata görə, Özbəkistandaparlament seçkilərində seçici fəallığı 62,7 faiz təşkil edib.

Trend-in məlumatına görə, bu barədə Özbəkistan Mərkəzi SeçkiKomissiyasının (MSK) sədr müavini Baxrom Kuçkarov MSK-da keçirdiyibrifinqdə deyib.

O cümlədən, 19,9 milyon vətəndaşın səsvermədə iştirakıgözlənilir, onlardan 12,5 milyonu saat 15:00-a artıq seçkilərdə səsverib.

Qeyd edək ki, oktyabrın 27-də Özbəkistanda Ali Məclisin(parlament) Qanunvericilik Palatası və yerli şuralara deputatseçkiləri keçirilir.

Seçki məntəqələri saat 08:00-dan 20:00-dək açıqdır və ilkinnəticələr oktyabrın 28-də elan olunacaq.

Seçkilərdə beş partiya iştirak edir: Sahibkarlar və İş AdamlarıHərəkatı - Özbəkistan Liberal Demokrat Partiyası, "Milliy tiklaniş"Demokrat Partiyası, Ekoloji Partiyası, Xalq Demokratik Partiyası və"Adolat" Sosial Demokrat Partiyası.

Избранный
7
8
az.trend.az

10Источники