RU

Qərbin təmsilçisi müxalif güclər  - RƏY 

Gürcüstanda dünən baş tutan seçkilərin rəsmi nəticəsi elan edilib. Gürcüstan Mərkəzi Seçki Komissiyasından bildirilib. Hakim "Gürcü Arzusu" partiyası 54,2 faiz səslə seçkinin qalibi olub. Müxalif Birlik – Milli Hərəkat (“Vahid Milli Hərəkat”, “Aqmaşenebeli Strategiyası”, “Avropa Gürcüstanı”) isə 10.1 faiz səs toplaya bilib. Bu nəticələr Gürcü Arzusunun tam qalib gəldiyini və hökuməti təkbaşına formalaşdıracağını göstərir. Buna baxmayaraq, o, arzuladığı konstitusiya çoxluğunu əldə edə bilməyib. Bundan ötrü Gürcüstan parlamentindəki 150 yerin 113-nə sahib olmaq lazımdır. Hazırkı nəticələr isə Gürcü Arzusuna 90-91 mandat vəd edir. Gürcüstandakı soydaşlarımız da seçki prosesində və nəticələrdə önəmli rol oynayıblar. Onlar Azərbaycan dövləinin və Prezidentinin regional siyasətini, Azərbaycan-Gürcüstan münasibətlərinin möhkəmlənməsi və inkişafına yönəlmiş siyasətini dəstəkləyiblər. Eyni zamanda, Gürcüstanda hakim partiyanı dəstəkləyərək sülhlə müharibə, ənənəvi və amoral dəyərlər arasında prinsipial seçimlərini ediblər. Gürcüstanda 300 min azərbaycanlı yaşayır, onların yaşadığı bütün regionlarda səs faizi yüksək olub. Azərbaycanlı seçicilərin hakim partiyanın ümumi səslərinin formalaşmasında 7-8 faiz payı var. Eyni zamanda öz əhatəsi və təsir imkanlarına görə ceçki prosesində və Gürcüstanın siyasi arenasında vacib və hətta həlledici potensiala malikdir. Seçkilərin nəticələri Qərbin Gürcüstanda yürütdüyü siyasətə və regionda ayrıcı xətlər yaratmaq siyasətinə böyük zərbədir. Bu prosesdə həlledici rola malik azərbaycanlılar da ənənəvi dəyərlərə sadiq çıxan digər Gürcüstan vətəndaşları kimi Qərbin regionu parçalamaq və müharibə ocağına çervirmək siyasətinə qarşı çıxış etdilər. Bu, Azərbaycanın və Gürcüstanın Ermənistanın regiondakı siyasətinə qarşı ortaq mövqedən çıxış etdiyini göstərdi. Əgər seçkilərin nəticəsi başqa cür olsaydı, burada Qərbin adamı olan prezidentlə birlikdə regionu parçalamaq, bölgədə 2-ci cəbhə açmaq və  Qərbin müstəmləkəsinə çevrilmək siyasəti olacaqdı. Bu gün Gürcüstan və Azərbaycan birliyi var və tarix də göstərir ki, bu birlik olanda hər iki dövlət güclü olur, öz maraqlarını müdafiə edirlər və beynəlxalq səviyyədə də eyni mövqedən çıxış edirlər. Ümid edirik ki, Gürcüstan hakimiyyəti, hakim partiyası bundan sonra azərbaycanlıların problemləri ilə daha yaxından maraqlanacaq və onların həlli istiiamətində real addımlar atacaqlar.

Politoloq Abutalıb Səmədov "Sherg.az"a açıqlamasında deyib ki, "Gürcü Arzusu" partiyasının seçki öncəsi aksiyası əsasən iki mühüm şüar üzərində qurulmuşdu. 

Analitik vurğulayıb ki, hakim partiya rəqiblərini Qərbin agentləri adlandırır və iddia edirdilər ki, müxalif güclər Gürcüstan xalqının deyil, Qərbin maraqlarının təmsilçiləridirlər: 

"Digər mühüm məqam odur ki, onlar iddia edirdilər ki, əgər Qərbin iradəsini ifadə edən partiyalara səs verilsə, bu, müharibəyə gətirib çıxaracaq. Gürcü xalqını müharibə ilə qorxudurdular. Son nəticədə Bidzina İvanişvilinin partiyası kifayət qədər ciddi fərqlə qalib gəldi. Əgər rəsmi nəticələrin doğruluğunu qəbul etsək, müxalifət iddia edir ki, nəticələr saxtalaşdırılıb. Ancaq bütövlükdə hətta müəyyən dərəcə qanun pozuntuları olsa belə göz qabağındadır ki, gürcü xalqı ərazi bütövlüyünü, sabitliyi seçdi. Gürcü xalqı öz səs hüquqları ilə bunu bir daha bəyan etdi. Seçkilərin nəticəsi gürcülərin itirdikləri əraziləri qaytarmağa ümid etdiyini və bunun da yalnız indiki Gürcüstan hökumətinin yeritdiyi siyasətlə mümkünlüyünə inanır. Xalq düşünür ki, Qərbin maraqlarına xidmət edən partiyalar qalib gəlsələr, uzun müddət, bəlkə də heç vaxt torpaqları geri qaytarmaq mümkün olmayacaq".

Ekspert vurğulayıb ki, 2008-ci ildən artıq 16 il keçib və Qərb işğal altında olan ərazilərin geri qaytarılması üçün heç bir ciddi addım ata bilməyib: 

"Azərbaycanın Qarabağ üzərində suverenliyini təmin etməsi və ondan əvvəl işğal altında olan torpaqlarını azad etməsi və bu zaman Qərb ölkələrinin tutduğu mövqe görünür seçkinin nəticələrinə öz təsirini göstərdi. Qərbin Azərbayacana qarşı tutduğu qeyri-konstruktiv mövqe sərgiləməsi ABŞ və onun müttəfiqlərinə inamı azalrdı. Gürcüstan müxalifəti aksiyalara əl atmaq və seçki nəticələrini ləğv etmək istəyir. Nəyəsə nail ola biləcəkmi? Güman edirəm ki, bu, o qədər də asan olmayacaq. Gürcüstan hökuməti kifayət qədər möhkəm, dayaqları olan hökumətdir. Əvvəlki dövrlərdə olduğu kimi Gürcüstanda "qızılgül inqilabı" yaxud ona bənzər çevriliş yəqin ki mümkün olmayacaq. Ancaq müxalifət öz istəyinə nail olsa, deməli arxasında gürcü xalqı durur və onlar öz iddialarında haqlıdırlar. Ancaq yenə deyirəm, bunu o qədər də asan olmayacağı qənaətindəyəm. Seçkilərin nəticələrinə müəyyən müdaxilələr olsa da, gürcü müxalifətinin istədiyi səviyyədə deyil".
Избранный
24
sherg.az

1Источники