RU

I Liqa klubunda məğlubiyyətə görə futbolçulardan pul tutulu? - AÇIQLAMA

Ötən tur 1-ci liqanın 5-ci turu çərçivəsində səfərdə "Zaqatala"ya uduzan "Baku Sportinq" futbolçularının maaşlarından cərimə tutulması haqda məlumatlar yayılıb.

Rekord.az bununla bağlı klubla əlaqə saxlayıb və yayılan məlumata münasibət öyrənib.

Paytaxt klubunun mətbuat xidmətindən verilən məlumatda bütün bunlar təkzib olunub: "Elə bir şey yoxdur, heç bir futbolçu cərimələnməyib, heç kimin də maaşı kəsilməyib. 3 gün öncə bütün futbolçular maaşlarını tam alıblar. Bizim klubda cəza ancaq nizam-intizam kodeksini pozanda verilir. Kimsə bilərəkdən məşqə gecikəndə, Allah eləməmiş, siqaret çəkəndə. Yoxsa oyun uduzmağa görə heç kimin maaşı kəsilmir. Futboldu, komanda udar da, uduzar da, buna görə cərimə olar?"

Избранный
29
rekord.az

1Источники