RU

Bürclərlə sevgi oyunu: Sizi sevib-sevmədiyini belə anlayın...

Xoşuna gələn birinə ondan xoşlandığını necə deyə bilərsən?

Astroloqlar deyirlər ki, hətta bu da bürcə görə dəyişir.

“Cebheinfo.az” bürclərə üzrə hisslərinizi bildirmək və qarşıdakının hisslərini anlamaq üçün  sizə bəzi astroloq məsləhətlərini təqdim edir.

Qoç sizi sevdiyini tez anlayır və bunu sizə xəbər verməkdən çəkinmir. Əgər  onunla bağlı fikrinizi dəyişirsinizsə, o, imtinanı dərhal başa düşməyəcək və qəbul etməyəcək. Çünki artıq ikiniz üçün qərar verib.

Buğa çox uzun müddət şübhələnəcək və heç maraqlanmadığını iddia edəcək, amma özü də hər addımınızı uzaqdan izləyəcək. Buğa bürcündən xoşunuza gəlirsə, səbirli olun. O, ilk addımı atmağa qərar verəndən sonra dərhal hərəkətə keçəcək.

Əkizlər şübhə ilə ətrafa baxacaqlar. Onlar sizə mütləq sizin haqqınızda nəyi bəyəndiklərini və onların fikirlərini dəyişməsinə səbəb olan şeyləri söyləyəcəklər.

“Bəyən, ya da get” demək onlar üçün asandır.

Xərçəng eyhamlar vuracaq, lakin ilk addımı atmağa cəsarət etməyəcək və atsa, bunu özü etməli olduğundan narazı qalacaq. 

Şir  özünün bəyənildiyinin fərqinə varacaq, rəğbətini nümayiş etdirəcək və dərhal gözəl görüşməyə başlayacaq. Hər şey gözəldir, amma həm də təhlükəlidir, çünki o, səndən xoşlanır, amma daha çox özünü sevir.

Qız bürcü sizə laqeyd və hətta düşmən kimi baxacaq, amma bunu simpatiya kimi qəbul edəcəyinizə ümid bəsləyəcək. Çiçək əvəzinə sizə eviniz üçün bir şey verirsə və ya hansısa problemi həll etməyə kömək edirsə, bu, mütləq sevgidir.

Tərəzi hər şəkildə diqqətinizi çəkməyə və gözəl flört etməyə başlayacaq. Onların sizi heyran etməsi vacibdir, ona görə də sizdən fikir gözləyəcəklər. 

Əqrəb bunun sadəcə flört olduğunu və ciddi bir şey olmadığını iddia edəcək. O, sizə olan incə hisslərini son ana qədər gizlədəcək, ancaq sizə olan rəğbətinin əsas göstəricisi olan cinsi cazibəsini gizlətməyəcək. Ancaq belə cazibə yoxdursa, cəhd etmək lazım deyil.

Oxatan bürcü qısa və düz yoldan gedəcək. Çox təntənə olmadan, dərhal niyyətinin ciddiliyi və ya qeyri-ciddiliyi barədə sizə məlumat verəcək. 

Oğlaq sizə uzun müddət və diqqətlə baxacaq, sizi təpədən dırnağa qədər qiymətləndirəcək. Sonra meyarların siyahısını tərtib edəcək və təhlil etdikdən sonra deyəcək ki, bütün məqamlarda ona yaraşırsan, ya yox. 

Dolça sizi bəyəndiyini birdən-birə deməmək üçün şübhəli və qeyri-müəyyən bir iltifat edəcək. O, əlçatmazlığını sona qədər saxlayacaq, bəzən həddindən artıq ekstravaqant şəkildə rəğbətini ifadə edəcə. Əgər bir Dolça ətrafınızda ikiqütblü kimi davranırsa, çox güman ki, sizdən xoşu gəlir.

Balıqlar son ana qədər sizi fərq etməmiş kimi davranacaqlar, lakin onların həyəcanı əsl hisslərini tez bir zamanda ortaya qoyacaq. Onlar əlçatmazlıq oyunlarını sevirlər, amma sonra yarım saat ərzində ruhlarını sizə təslim edərlər”.

Избранный
44
cebheinfo.az

1Источники