RU

Ukraynada prezident seçkiləri nə vaxt keçiriləcək?

Vladimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak bildirib ki, Ukraynada seçkilər yalnız Rusiya ilə silahlı münaqişə bitdikdən sonra təyin olunacaq.

SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində bildirib.

Yermak deyib ki, seçkilər münaqişənin “bitdikdən dərhal sonra” keçiriləcək.

Onun sözlərinə görə, bu, Zelenskinin istəyidir.

...Zelenski çox açıq ifadə etdi: o, xaricdəki qaçqınlar kimi bütün əsgərlərin də səsvermə imkanına malik olmasını istəyir, - deyə Yermak bildirib.

O əlavə edib ki, bu gün bütün resurslar “müharibəyə getməlidir”.

Yeri gəlmişkən, Kazanda keçirilən BRİKS sammitində Rusiya prezidenti Vladimir Putin bildirib ki, Kiyev rejiminin liderləri sülh danışıqlarını istəmir, çünki onlar hərbi vəziyyəti ləğv etməli və prezident seçkiləri keçirməli olacaqlar.

Əli Babayev

Избранный
28
sia.az

1Источники