Bakı. Trend:
Quba rayonunun Mirzəqışlaq kəndi ərazisindən keçən Samur-Abşeronkanalına düşən və vətəndaşlardan daxil olan məlumat əsasındaFövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən sudançıxarılan maralın həyatı təhlükəsi yoxdur.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin ƏliyevTrend-ə bildirib ki,kanaldan çıxarılan maral Şahdağ Milli Parkının əməkdaşlarına təhvilverilib və milli parkın İsmayıllı bölməsinə gətirilib.
"Maral baytar həkim tərəfindən müayinə olunub, vəziyyətinormaldır və nəzarət altında saxlanılır", - deyə o qeyd edib.