Azərbaycan Premyer Liqasında 11-ci tura yekun vurulub.
"Operativ Media" xəbər verir ki, turun qapanış matçında "Qarabağ" və "Şamaxı" komandaları üz-üzə gəliblər.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matçda Ağdam təmsilçisi 3-0 hesabı ilə qalib gəlib.
Azərbaycan Premyer Liqası
11-ci tur
27 oktyabr
19:00 Qarabağ – Şamaxı 3:0
Qollar: Toral Bayramov, 49 (pen.), Redon Cica, 66, Yassin Benzia, 84