RU

Misir Qəzzada atəşkəs təklif edib

Misir əvvəlcə Qəzza zolağında müvəqqəti atəşkəs sazişi bağlamağı və anklavda tam atəşkəsə keçməzdən əvvəl bir neçə girovu azad etməyi təklif edib.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Misir Prezidenti Əbdülfəttah Sisi Qahirədə əlcəzairli həmkarı Abdelmacid Tebbun ilə keçirdiyi mətbuat konfransında deyib.

“Misir son günlərdə müvəqqəti atəşkəs və dörd girovun İsrail həbsxanalarında olan fələstinli məhbuslarla dəyişdirilməsi təşəbbüsünü təşviq etmək üçün fəal səylər göstərir. Müvəqqəti razılaşma əldə edildikdən sonra Qəzzada uzunmüddətli atəşkəsə keçidlə bağlı 10 gün ərzində məsləhətləşmələr aparılmalıdır”, - deyə o əlavə edib.

Избранный
6
4
iqtisadiyyat.az

5Источники