RU

Polislər "Qarabağ"ın "qara bazar" problemini çözdü - azyaşlıları belə əməllərə sövq edənlər utanırmı?

"Qarabağ"ın avrokubok matçları üçün onlayn satışa çıxarılan biletlərin, adətən, "qara bazar"ın qurbanına çevrildiyini dəfələrlə yazmışıq.

"Football-plus.az" xəbər verir ki, "köhlən atlar"ın Avropa Liqasının 3-cü turunda "Ayaks"ı qəbul etdiyi oyunda da belə hallara şahidlik etdik.

Əldə etdiyimiz məlumata görə, əhaliyə baha bilet təklif edənlər bu dəfə də hüquq-mühafizə orqanlarının diqqətindən yayınmayıb. Oyun günü metro və küçələrdə xüsusilə 5 manatlıq biletləri qat-qat artıq qiymətə satmağa çalışanlar “polisin radarına düşüb”. Nəticədə 12 nəfər saxlanılaraq bölməyə aparılıb. Onların barəsində İntizabi Xətalar Məcəlləsinin 454-cü maddəsinə əsasən protokol tərtib edilb və 80 manat cərimələniblər. İşin daha bir xoşagəlməz tərəfi isə həmin şəxslərin içərisində azyaşlıların da olmasıdı. Polis əməkdaşlarının onlara güzəşt etdiyini, daha doğrusu, cərimələmədiklərini, sadəcə, profilaktik söhbət apardığını qeyd etməliyik. Şübhəsiz, bəzi işbazlar azyaşlıları belə çirkin əməllərə sövq etməklə yaxalarını mövzudan kənar saxlamaq məqsədi güdür.

Ümid edirik ki, "Qarabağ" bu problemin həll edilməsində hüquq-mühafizə orqanlarının yanında olacaq və biletlərin "qara bazar"a çıxarılmasının qarşısını almağın yolunu tapacaq.

KƏNAN BAHADIR

Избранный
37
football-plus.az

1Источники