1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bu ilin 9 ayında ölkəyə ötən ilin müvafiq dövrü ilə müqayisədə 36,9 % faiz çox ət idxal edilib.
Xezerxeber.az-ın məlumatına görə, mövzu ilə bağlı danışan Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Razi Nurullayev deyir ki, bu, ölkədə ətin qiymətinin dəfələrlə artmasına qarşı hökumətin atdığı addımdır.
Razi Nurullayev onu da bildirib ki, əslində, ölkəyə idxal olunan məhsulların arıtırılması ilə əlaqədar qiymətlər enməli idi. Lakin bu proses baş vermir. İdxal olunan donmuş ət ucuz olsa da, ölkədə qoyun və mal ətinin qiymətində artım davam edir. Buna səbəb isə vətəndaşların donmuş ətə üstünlük verməməsidir.
Dövlət Statistika Komitəsinin açıqlamasına görə isə son 1 ayda ətin qiyməti 1,7 faiz artıb.
Ətraflı süjetdə: