İspaniya La Liqasında 11-ci turun oyunlarına yekun vurulub.
90deqiqe.Az xəbər verir ki, "Leqanes" evdə "Selta"nı qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb. İki qolun qeydə alındığı "Xetafe" - "Valensiya" matçında qalib müəyyənləşməyib.
"Atletiko" səfərdə "Real Betis"in qonağı olub və minimal hesabla uduzub. "Osasuna" isə səfərdə "Real Sosyedad" üzərində inamlı qələbə qazanıb.