RU

Zəfər xronikası. 28 oktyabr 2020-ci il: Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistanın Bərdə şəhərində törətdiyi terrorla bağlı paylaşım edib (FOTO)

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinincəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraqAzərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücuməməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminənotuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilənəticələndi.

2020-ci il oktyabrın 28-də Azərbaycan Respublikasının Birincivitse-prezidenti Mehriban Əliyeva rəsmi “İnstagram” səhifəsindəpaylaşım edib.

Trend-inməlumatına görə, paylaşımda deyilir:

"Bu gün Ermənistan silahlı qüvvələri dinc Azərbaycan şəhəriBərdəyə növbəti dəfə qəddarcasına, qeyri-insani zərbəendiriblər.

Zərbə nəticəsində 21 nəfər həlak olub, 70 nəfər ciddi xəsarətalıb. Təəssüf ki, qurbanların sayı artmaqda davam edir.

Bu cür vəhşicəsinə hücumlar onu göstərir ki, ermənilərinqəddarlığının həddi yoxdur.
Üstəlik, Azərbaycanın dinc mülki əhalisinə hər hücum Ermənistanınağlını itirmiş hərbi-siyasi rəhbərliyinin total mənəvi tənəzzülünədəlalət edir.

Bu hücumların məqsədi aydındır - Azərbaycan xalqını qorxutmaq vəbizim ordumuzu Ermənistan ərazisinə cavab zərbəsi endirməyə məcburetmək. Bu, üçüncü tərəfləri münaqişəyə cəlb etməyə imkanverərdi.

Lakin düşmənimiz bilməlidir ki, heç nə bizi haqq yolundandönməyə məcbur edə bilməz. Hər hücum bizi daha da güclü edir vəişğal olunmuş ərazilərimizin erməni təcavüzkarlardan azad edilməsikimi müqəddəs missiyanı başa çatdırmağın zəruri olmasınainandırır.

Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir vəyaralananların tezliklə sağalmalarını arzulayıram.

Azərbaycan ordusu düşməni döyüş meydanında sıxışdırdığı bugünlərdə biz həmrəyliyimizi qoruyub saxlamalı və Prezidentimizinətrafında möhkəm birləşməliyik.
Yalnız möhkəm yumruq kimi birləşməklə ədalətin zəfər çalmasına nailolacağıq, ona görə ki, Qarabağ Azərbaycandır!

Uca Tanrı Vətənimizi və Azərbaycan xalqını qorusun!".

Zəfər
Məqalədə:
Избранный
80
1
az.trend.az

2Источники