RU

Cəbrayılın 44 yaşlı sakini döyülərək öldürülüb

Bu gün saat 20 radələrində Cəbrayıl rayon sakini ,1980-ci il təvəllüdlü Şahverdiyev Şahin Vəli oğlunun döyülərək qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Bu barədə "Sherg.az"a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Məmmədquliyev Semur Şahin oğlu saxlanılıb. İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib.
Araşdırma aparılır.
Избранный
6
27
sherg.az

10Источники