RU

Səyyah qrupunun Qarabağa səfəri davam edir

33 beynəlxalq səyyahdan ibarət qrup Qarabağ və Şərqi Zəngəzurla tanış olmağa davam edir. SİA xəbər verir ki, İv Buvinin rəhbərlik etdiyi "Piki Reels" səyyah klubunun növbəti səfəri Cəbrayıl şəhərinə olub.

Burada qonaqlar Araz çayının şimal və cənub sahillərini birləşdirən Azərbaycan memarlığının qədim abidəsi olan Xudafərin körpüsünü ziyarət ediblər.

Xarici qonaqlara körpünün tarixi və Böyük İpək Yolundakı mühüm rolu barədə məlumat verilib.

Qeyd edək ki, "Piki Reels" səyyah klubunun təşkil etdiyi səfər çərçivəsində 12 ölkədən, o cümlədən ABŞ, Avstraliya, Belçika, Böyük Britaniya, İsrail və Niderlanddan bir qrup səyyah Qarabağ və Şərqi Zəngəzura gəlib.

“Bizim görüşümüzün vaxtı NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramına qoşulmaq baxımından çox əhəmiyyətlidir. NATO ilə 30 illik əməkdaşlıq alyansın çərçivə proqramının öhdəlikləri, dəyərləri və prinsipləri, eləcə də BMT Nizamnaməsi ilə şərtlənib. Bu raund enerji təhlükəsizliyi və iqlim dəyişikliyi ilə bağlı məsələlərin öyrənilməsi üçün əla fürsət olacaq”, - o bildirib.

Dəyirmi masanın iclasında NATO-nun İnnovasiyalar, hibrid məsələlər və kibertəhlükəsizlik şöbəsinin İqlim və enerji təhlükəsizliyi sektorunun nümayəndəsi, təşkilata üzv və tərəfdaş ölkələrin nümayəndələri, o cümlədən müvafiq sahə üzrə ekspertlər və Azərbaycanın müvafiq qurumlarının akademik dairələrinin təmsilçiləri iştirak edirlər.

Tədbir zamanı enerji təhlükəsizliyi və Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu, mühüm enerji infrastrukturu və onun mühafizəsi ilə bağlı mümkün təhdid və risklər, iqlim dəyişikliyi və enerji təhlükəsizliyi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanın etibarlı tərəfdaş və enerji təchizatçısı kimi rolu, eləcə də ölkənin iqlim dəyişikliyi ilə mübarizə və “yaşıl enerji”yə keçid sahəsində fəaliyyəti, o cümlədən COP29 tədbirinə sədrliyi xüsusi vurğulanıb.

Избранный
29
1
sia.az

2Источники