RU

İranın HHM sistemləri və gizli hərbi bazası vuruldu

İsrail Hərbi Hava Qüvvələri oktyabrın 26-da İranın hərbi obyektlərinə hücumu zamanı İslam Respublikasının bütün strateji müdafiə potensialını məhv edib.

Bakupost.az xəbər verir ki, bu barədə İsrail ordusunun "Qaley TSAXAL" radiosu milli təhlükəsizlik sistemindəki mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, İranın bütün strateji müdafiə imkanları, yəni, uzaqmənzilli zenit-raket komplekslərinin bütün batareyaları sıradan çıxarılıb:

"İranın iki belə modeli var idi - Rusiyanın S-300 sistemi və yerli istehsalı təkmilləşdirilmiş modeli. Hər iki batareya, eləcə də uzaqdan müəyyənetmə radarları məhv edilib. Hazırda İranda yalnız yerli istehsal olan yaxın mənzilli batareyalar qalıb”.

Bu arada The Wall Street Journal da İsrail rəsmisinə istinadən İranın bütün hava hücumundan müdafiə sisteminin sıradan çıxarıldığını bildirib.

Associated Press isə İsrailin hücum zamanı İranın nüvə silahı komponentlərinin istehsal oluna biləcəyi gizli Parçin hərbi bazasına ziyan vurulduğunu bildirib.




Zaur
BakuPost
Избранный
123
50
bakupost.az

10Источники