RU

44 günlük Vətən müharibəsi şəhid əsgər Rzayev Mirsafa Mircəlal oğlunun məzarı ziyarət olunub TƏDBİR

44 günlük Vətən müharibəsi şəhidi əsgər Rzayev Mirsafa Mircəlal oğlunun şəhadətinin dördüncü ildönümündə məzarı ziyarət olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev,Yasamal Rayon İcra Hakimiyyətinin Başçısının birinci müaviniHüseyn Əfəndiyev, Milli Məclisin deputatları Ülvi Quliyev, Göydəniz Qəhrəmanov, Yasamal rayon bələdiyyəsinin sədri Tahir Məmmədov, Yasamal rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Vüsal Hüseynov, Yasamal Rayon İcra Hakimiyyəti və YAP Yasamal rayon təşkilatının əməkdaşları, şəhidin ailə üzvləri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri tərəfindən şəhidin məzarı ziyarət edilib, önünə tər güllər düzülüb, ruhuna dualar oxunulub.

Ziyarətdən sonra şəhidimizin əziz xatirəsi üçün ehsan süfrəsi açılıb.

Qeyd edək ki, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən əsgər Rzayev Mirsafa Mircəlal oğlu şəhadətindən sonra “Vətən uğrunda”,“Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Избранный
79
7
sesqazeti.az

10Источники