RU

SEPAH İsrailin hücumu ilə bağlı məlumat yayanları hədələdi

İsrailin İrana hava hücumlarından sonra SEPAH bəyanat yayaraq bu barədə məlumat yayan sosial media istifadəçiləri və fəallarını təhdid edib.

Bu barədə SEPAH-ın Mütəşəkkil Cinayətkarlıq Araşdırma Mərkəzi bəyanat yayıb.

Bildirilib ki, zərbə endirilən yerlər barədə məlumat, foto və video paylaşanla cəzalandırılacaq.

"Buna əməl etməyənlər İsraillə əməkdaşlıqda günahlandırılacaq və 1 ildən 10 ilə kimi həbs cəzasına məhkum ediləcək",-bəyanatda deyilib.

Qeyd edək ki, oktyabrın 26-nın ilk saatlarında İsrail İranın bir neçə əyalətində 20 hərbi obyektə hava zərbələri endirib.

visiontv.az



Избранный
10
visiontv.az

1Источники