Bakı. Trend:
Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Trend xəbər verir ki, bubarədə Cəbrayıl rayon prokurorluğunun məlumatında deyilir.
Bildirilib ki, oktyabrın 27-si saat 20 radələrində Biləsuvarrayonu 3 saylı qəsəbə ərazisində 1980-ci il təvəllüdlü ŞahinŞahverdiyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxilolub.
Araşdırmalarla 1995-ci il təvəllüdlü Semur Məmmədquliyevinaralarında yaranmış mübahisə zamanı Şahin Şahverdiyevi döyməkləxəsarətlər yetirərək, qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənedilib.
Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda Cinayət Məcəlləsinin120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.Semur Məmmədquliyev iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.