RU

Yağışın günün ikinci yarısınadək bəzi ərazilərdə fasilələrlə davam edəcəyi gözlənilir

Oktyabrın 28-i günün birinci yarısında Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində qısamüddətli leysan xarakterli yağış yağıb.

APA xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

"Yağıntının miqdarı 9 mm qeydə alınıb. Düşən yağıntı aylıq normanın 30 %-ni təşkil edir".

O, qeyd edib ki, Bakıda və Abşeron yarımadasında yağış kəsilsə də, günün ikinci yarısınadək bəzi ərazilərdə fasilələrlə davam edəcəyi gözlənilir.

Избранный
12
7
apa.az

10Источники