RU

Dəhliz bu cür açılır: Bakı və İrəvan belə razılaşacaq - Detallar açıqlandı

Ümid Partiyasının sədri İqbal Ağazadə Teleqraf.com-un suallarını cavablandırıb.
 
Moderator.az onunla müsahibəni təqdim edir:
 
- Kazanda Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasındakı görüşün nəticəsi olaraq xarici işlər nazirlərinə müəyyən təlimatlar verildi. Bu təlimatların qısa zamanda nəticəsinin olacağı ehtimalı varmı?
 
- Cənubi Qafqazda sülh və barışın olması təkcə Azərbaycan və Ermənistandan asılı deyil. Beynəlxalq güclərin burada oynadığı oyunlar və onların maraqlarının təmin olunması istiqamətində tərəflərə psixoloji “güc” tətbiqi əsas faktorlardan biridir. Hər kəs bu regionda əsas oyunçu qismində çıxış etmək istəyir. ABŞ, Rusiya, Avropa Birliyi bu bölgədə öz mövqelərini qorumaqda maraqlıdır. Ona görə də, tərəflərin bu istiqamətdə dərhal qərar qəbul etməsi və prosesi sülhə doğru aparması o qədər də asan görünən məsələ deyil.
 
 
- Region uğrunda gedən mübarizənin nəticəsində də sülh prosesi uzanır...
 
- Məsələnin fundamental tərəfləri Cənubi Qafqaz uğrunda savaşın fərqli müstəvidə getməsidir. Hələ ABŞ, Rusiya, Avropa Birliyi burada maraqlarının təmin olunması istiqamətində tərəflərdən istədiklərini ala bilməyiblər. Ona görə də, hər kəs öz patronajlığı ilə sülh müqaviləsinin imzalanmasını istəyir.
 
- O zaman yaxın dövr üçün sülh gözlənilmir...
 
- Reallıq belədir. Ona görə də, Kazan görüşündən sonra sülh müqaviləsinin əldə olunmasına doğru böyük bir addımın atılması mümkün görünmür.
 
- Təmasların prosesə təsiri olacaqmı?
 
- Hər halda bu görüş irəliyə doğru atılmış bir addımdır. Növbəti mərhələlər üçün hər iki tərəfdə yaradılacaq komissiyaların rolu əhəmiyyətli dərəcədə özünü göstərəcək. Beləliklə, tərəflər masada həll edilmiş çoxsaylı məsələlərin nəticəsi kimi sülh müqaviləsinə yaxınlaşacaqlar. Amma hər bir halda Cənubi Qafqazda oyunçu kimi çıxış edən tərəflərin maraqları nəzərə alınmalıdır.
 
- Kənar güclərin maraqları dedikdə daha çox hansı şərtlər nəzərdə tutulur?
 
- Rusiya istəyir ki, Zəngəzur dəhlizi onun nəzarəti altında olsun. Bunun üçün də 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli razılaşmaya istinad edilir. Həmin razılaşmada dəhlizin açılması fonunda nəzarəti Rusiyanın həyata keçirəcəyi qeyd edilib. Ona görə də, Moskvanın israrı bununla bağlıdır.
 
- Dəhliz və sülh məsələsində Amerikanın istəyi nədən ibarətdir?
 
- ABŞ Orta Dəhliz layihəsinin reallaşmasında daha çox maraqlıdır. Lakin Orta Dəhliz layihəsi hər hansı bir dövlətin maraqları çərçivəsində və nəzarətində deyil, hər kəsin öz sərhədi çərçivəsində nəzarət anlayışı əsasında təklif edilir. Orta Dəhliz layihəsində gələcəkdə iri güclərin, o cümlədən, ABŞ-ın maraqlarını ifadə edən siyasət gerçəkləşmiş olacaq.
 
- Avropa Birliyinin niyyəti nədir?
 
- AB yeni güc mərkəzi olaraq proseslərin içərisinə girmək istəyir. Hansı yerdə olmasının onlar üçün fərqi yoxdur. Çünki Rusiya və ABŞ kimi AB-nin maraqları ortada deyil. Amma AB Ermənistanda olmağı israrla istəyir. Bunların nə dərəcədə təmin olunması və tərəflərin reaksiyası olduqca incə nüanslardan, faktorlardandır. Amma bu maraqlar təmin olunmayana qədər sülh müqaviləsinin imzalanması elə də sadə deyil.
 
- Bölgədə yekun olaraq ağırlıq mərkəzi kimi hansı tərəfin mövqeyinin üstün olacağı gözlənilir?
 
- Proseslərin gedişi göstərir ki, nəticədə Amerikanın bölgədə “ağırlığı” daha çox hiss ediləcək. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalandıqda Orta Dəhliz layihəsi konkret dövlətin, hərbi güclərin nəzarətində olmayacaq. Ermənistan və Azərbaycan bu istiqamətdə birgə razılığa gələcək.
Избранный
9
50
moderator.az

10Источники