RU

İraq BMT-yə etiraz notası göndərib

İraq İrana hücum zamanı İsrail təyyarələrinin öz hava məkanını pozması ilə bağlı BMT baş katibinə və BMT Təhlükəsizlik Şurasına rəsmi etiraz notası göndərib. 

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bu barədə İraqın Xəbər Agentliyi məlumat yayıb.

İraq hökumətinin sözçüsü Basim Alavadi bildirib ki, İraq öz hava məkanı və ya ərazisinin digər ölkələrə, xüsusilə də qarşılıqlı hörmət və maraqlara əsaslanan münasibətləri saxladığı qonşu ölkələrə hücum etmək üçün istifadə edilməsinə icazə vermir.

Gülşən Şərif

Избранный
17
bakivaxti.az

1Источники