RU

AFFA-nın rəhbər şəxsi bölgəyə getdi, bəyəndi, o qədər narazılıq eşitdi ki… SUSDU

AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Sərxan Hacıyev federasiyanın bir sıra mənsubları, o cümlədən, millinin baş məşqçisi Fernandu Santuş Gəncəyə səfər edib.

Qonaqlar «Kəpəz»in bazasında olub, bir müddət əvvəl istifadəyə verilmiş akademiya binasına baxış keçirib.

Portuqaliyalı mütəxəssis burada gördüklərindən razı qalıb. Ancaq… Sərxan Hacıyevi görən klub rəsmiləri və məşqçilər fürsəti qaçırmayıb.

Son vaxtlar hakimlərin onlara yönəlik qərəzli qərarlarından şikayətləniblər.

Bildiriblər ki, «Turan Tovuz»la matç (1:2) daxil olmaqla, bir neçə həftədir ki, «fit sahibləri»nin yanlış idarəçiliyinin əziyyətini çəkirlər və bu, komandanın ümumi durumuna çox pis təsir edir.

Fakt qarşısında qalan Hacıyev susub: danışmağa deyil, dinləməyə üstünlük verib, problemlərdən xəbərdar olmasını söyləməklə kifayətlənib.

SPORTİNFO.AZ

Избранный
46
sportinfo.az

1Источники