RU

İsrail-İran müharibəsinin talehi belə HƏLL OLUNACAQ

Oktyabrın 26-da İsrailin İranın 3 əyalətində hərbi baza və hərbi təyinatlı təsisatlara hava hücumu nəticəsində İran ordusu və SEPAH-ın 20 zabiti həlak olub.
Bu barədə ”İndependent” nəşri məlumat yayıb.
Qeyd edək ki, Tehran hava zərbələri nəticəsində İran ordusunun 4 hərbçisinin öldüyünü açıqlayıb.
 
Bu barədə Moderator.az-a danışan siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib ki, İran prezidenti İsrailin hücumlarına  cavab veriləcəyini qeyd edib:
 
“ Amma İranda bəzi rəsmi orqanlar  məlumat verib ki, İsrailə cavab verilməyəcək. İran Amerikada keçirilən seçkiləri gözləyir. Amerika da İrana müəyyən diplomatik yolla mesaj göndərib ki, İsrailə qarşı cavab tədbirləri həyata keçirməsin. Düşünürəm ki, İsrail də çox ciddi şəkildə əməliyyatlar keçirmir. Bu, məhdud əməliyyatı idi və İrana da xəbərdarlıq edilmişdi ki, İsrail hərbi əməliyyat keçirəcək”.
 
Siyasi şərhçi hesab edir ki,  ABŞ tərəfi  Yaxın Şərqdə İranın iştirakı ilə müharibənin əleyhinədir və bu proses yalnız İranın proksi qüvvələrinə qarşı hərbi əməliyyatlarla yekunlaşmalıdır:
 
“İran da hərbi əməliyyatların genişlənməsində maraqlı deyil. Düşünürəm ki, əgər Tramp hakimiyyətə gələrsə, münaqişə daha da genişlənəcək və bu İsrail - İran müharibəsinə gətirib çıxara bilər. Demokratlar hakimiyyətdə qalarsa,  İran- İsrail müharibəsinin baş tutması  gözlənilmir”.
 
Mehin Mehmanqızı
Избранный
111
50
moderator.az

10Источники