RU

Yer kürəsində G1 sinfinə aid zəif maqnit qasırğası başlayıb

"Fobos” hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus öz Telegram kanalında Yer kürəsində G1 sinifinə aid maqnit qasırğasının başladığını bildirib. Leusun sözlərinə görə, bu hadisə gözlənilən idi.

"Moskva vaxtı ilə saat 8:59-da geomaqnit sahəsində pozğunluq səviyyəsini göstərən Kr indeksi 5 vahidə çatıb ki, bu da G1 sinfinə aid zəif maqnit qasırğasına uyğundur,” —  o yazıb.

Maqnit qasırğasının intensivliyinin orta səviyyəyə (G2 sinfi) qədər yüksələ biləcəyi ehtimal olunur. Qasırğa 28 oktyabr günü boyu davam edəcək və 29 oktyabrın erkən saatlarında sona çatacaq.

Əvvəlki gün məlumat verilmişdi ki, Günəşdə ardıcıl ikinci ən yüksək səviyyəli partlayış baş verib və bu partlayışın təsiri zəif maqnit qasırğalarına səbəb ola bilər.

Oktyabrın ortalarında alimlər Günəşin maksimum aktivlik dövrünün başlanğıcını elan etdilər. Hazırkı Günəş dövrünün ən güclü partlayışı 3 oktyabrda X9.0 partlayışı olub (X sinfi ən intensiv partlayışı, rəqəm isə onun gücü haqqında daha ətraflı məlumat verir).

Daha əvvəl Günəşdəki maqnit qasırğalarının Rusiyada şimal işıqlarını yaratdığı xəbər verilmişdi.
 
N.Təbrizli







www.anews.az
Избранный
1
26
anews.az

10Источники