RU

Finlandiya Rusiyanın on milyonlarla dəyərində aktivlərini həbs etdi

Helsinki şəhərinin dairəvi məhkəməsi NAK "Naftogaz Ukraina”nın və "Naftogaz” Qrupuna daxil olan digər beş şirkətin ərizəsini təmin edərək, Finlandiya ərazisində Rusiyaya aid olan müəyyən aktivlərə həbs qoyub.

Qaynarinfo xəbər verir ki, bu barədə "Naftogaz"ın mətbuat xidməti məlumat yayıb.

Məsələ, on milyonlarla dollar dəyərində daşınmaz əmlak və digər aktivlərə aiddir.

"Bu, 2014-cü ildən Rusiyaya qarşı ukraynalı şirkətlərin iddiaları üzrə arbitraj qərarının yerinə yetirilməsi çərçivəsində Ukraynadan kənarda həyata keçirilmiş ilk müvəffəqiyyətli aktiv həbsidir. Bu, "Naftogaz” Qrupunun xeyrinə aktivlərin faktiki olaraq alınması yolunda ara mərhələdir.

Biz, Rusiyaya aid aktivlərin olduğu digər hədəf yurisdiksiyalarda arbitraj qərarını yerinə yetirmək üçün fəal addımlar atırıq", – deyə Naftogaz Qrupunun rəhbəri Aleksey Çernışov qeyd edib.

Məlumatda, arbitraj qərarına uyğun olaraq ödənişlərin edilməməsinə görə nəzərdə tutulan faizlərin, kompensasiya tam ödənilənə qədər hesablanmağa davam edəcəyi vurğulanıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında "Naftogaz" qrupunun fəaliyyətinin yekunlarına görə, 67 milyard qrivna dəyərində vergi ödənilib.

Alpər


Избранный
10
qaynarinfo.az

1Источники