RU

Braziliya prezidenti COP 29-a gəlməyəcək

Braziliya Prezidenti Lula da Silva başından travma aldığı üçün noyabrda Bakıda keçiriləcək COP29 iqlim sammitində iştirak edə bilməyəcək. Bu barədə Reuters məlumat yayıb. 
 
Lula da Silvan BMT-nin hazırda Kolumbiyada keçirdiyi COP16 və gələn ay Bakıdakı COP29 sammitlərində iştirak etməyəcək.  Onun vəziyyətinin hazırda sabit olduğu qeyd olunub.

78 yaşlı Braziliya lideri ötən həftə öz iqamətgahında hamam otağında yıxılıb və boynundan zədə alıb. Həkimlər onun boynuna üç tikiş qoyduqdan sonra ambulator müalicə üçün evə buraxıb. Lula da Silva bu zədə səbəbindən Rusiyaya səfərini də təxirə salmalı olmuşdu.
 
Belə ki, o, oktyabrın 21-dən 24-nə qədər Kazanda keçirilən BRICS smmitində iştirak etməli idi.
 
N.Təbrizli









www.anews.az
Избранный
70
18
anews.az

10Источники