RU

Trampın mitinqində Latın Amerikalıları və Kamala Harris təhqir olundu- QALMAQAL


ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın Nyu-Yorkun Madison Square Garden meydanında keçirdiyi mitinq bir sıra təhqiramiz çıxışlarla yadda qalıb.

Musavat.com-un xarici agentliklərə istinadən verdiyi məlumata görə, mitinqdə Trampın tərəfdarları arasında irqçi və qadınlara qarşı mənfi ifadələr işlədən şəxslər yer alıb.

Tədbirin açılışında çıxış edənlərdən biri peşəkar güləşçi Halk Hoqan və Nyu-York şəhərinin keçmiş meri Rudy Culiani olub. Culiani Demokrat Partiyasından namizəd Kamala Harris haqqında "terrorçuların tərəfində" olduğu barədə ittiham səsləndirib.

Komediyaçı Toni Hinçklif isə ispandillilər haqqında təhqiramiz ifadələr işlədərək, ABŞ-ın Karib dənizində yerləşən Puerto Riko ərazisini “üzən zibil adası” adlandırıb. Hinçklif, eləcə də latın amerikalılar, yəhudilər və qaradərililər barədə ədəbsiz ifadələr işlədib, Harris barədə isə kobud və təhqiredici şərhlər verib.

Trampın uşaqlıq dostu David Rem isə Harrisə “dəccal” və “şeytan” adları ilə müraciət edib. Biznesmen Grant Cardon isə çıxışında Harrisin və onun tərəfdarlarının ABŞ-ı məhv edəcəyini söyləyib.

Mitinqdə baş verənlərdən narahat olan bəzi demokratlar isə Trampın tədbirini 1939-cu ildə Madison Square Garden-də keçirilmiş nasist mitinqi ilə müqayisə ediblər.

Musavat.com

Избранный
32
23
musavat.com

10Источники