RU

"Müsəlman Birliyi" Hərəkatının üzvü Həsən Abbaszadə üç il azadlıqdan məhrum edilib

Bazar ertəsi Bakı Ağır Cinayətlər Məhkəməsi "Müsəlman Birliyi" Hərəkatının üzvü Həsən Abbaszadəni üç il müddətinə azadlıqdan məhrum edib.

Abbaszadə ilkin olaraq Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddə alveri\) maddəsilə ittiham olunub. Lakin məhkəmə istintaqının nəticələrinə görə, ittiham daha yüngül - 234.1.1-ci maddəyə (külli miqdarda narkotik maddənin satış məqsədi olmadan saxlanması) tövsif edilib.

Həbdən əvvəl Abbaszadə video yayaraq,  ittiham olunduğu cinayətlərdə özünün təqsirsiz olduğunu bildirib.

Onun vəkili Zibeydə Sadıqova Turan-a bildirib ki, Abbaszadə təzyiq altında ifadə verib. Məhkəmədə bu ifadələrdən imtina edbi.

İstintaq zamanı bir sıra prosessual-hüquqi tələblər də pozulub: iddia edilən "narkotik maddənin əldə edildiyi və satıldığı" iddia edilən yerlərdə videokameralardan qeydlərə baxılmayıb.

Saxlanmadan sonra iki saat ərzində onun üzərində axtarış aparılmayb, onun seçimi üzrə  vəkil dəvət edilməyib, evində axtarış aparılmayıb.

Bununla əlaqədar hakim ittihamı daha yumşaq maddəyə tövsif edib.

Hökmdən Apellyasiya Məhkəməsinə şikayət edləcək. "Lazım gələrsə, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyik", - - Sadıqova fikrini yekunlaşdırıb.

Избранный
47
turan.az

1Источники