RU

"Mançester Siti" onunla bağlı qərar verib

"Mançester Siti" müdafiəçi Yosko Qvardiolla yeni müqavilə barədə razılığa gəlmək istəyir.

90deqiqe.Az-ın “Daily Star”a istinadən məlumatına görə, 22 yaşlı futbolçu 2030-cu ilin yayına qədər qüvvədə olacaq yeni müqavilənin imzalanması ilə bağlı "şəhərlilər" ilə danışıqlar aparır.

Qeyd edək ki, xorvatiyalının Mançester klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin iyununda başa çatır. Müdafiəçi 2023-cü ilin yayından “Mançester Siti”də çıxış edir. Bundan əvvəl xorvatiyalı “Leypsiq” və “Dinamo Zaqreb”də oynamağı bacarıb. Bu mövsüm Joschko Guardiol İngiltərə çempionatında "Mançester Siti" ilə doqquz oyun keçirib və iki qol vurub.

Избранный
19
90deqiqe.az

1Источники