Ermənistan amerikalı tərəfdaşları ilə bütün aspektlər üzrə fəal şəkildə qarşılıqlı fəaliyyət göstərir.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Müdafiə Nazirinin birinci müavini Edvard Asryan keçirdiyi brifinqdə deyib: “Biz ABŞ ilə bütün sahələrdə əməkdaşlıq edirik. Bura hərbi-texniki sahədə əməkdaşlıq da daxildir”, – deyə bildirib. Asryan ABŞ-dan silah almaq imkanını şərh etməkdən imtina edib.
Vəli Həsənoğlu,
KONKRET.az