RU

“COP-29: İqlim dəyişiklikləri və su ehtiyatlarının inteqrasiyalı idarəedilməsi” 

Son illərdə dünyada baş verən qlobal iqlim dəyişiklikləri əlaqədar su ehtiyatlarının səmərəli  istifadəsinə  olan maraq artmış və su ilə bağlı yaranmış problemlərin  həlli bəşəriyyət qarşısında duran ən vacib məsələlərdən birinə çevrilmişdir. Beynəxalq Kür-Araz çaylarının mənsəbində və arid zonada yerləşən Azərbaycan üçün bu problem  daha aktual və mühüm əhəmiyyət kəsb edir. Belə bir şəraitdə həyat üçün vacib olan ekosistemlərin dayanıqlı fəaliyyətinə, mövcudluğuna heç bir təhlükə yaratmadan sosial və iqtisadi rifahı ədalətli və maksimal dərəcədə təmin etməklə su, torpaq və onlarla əlaqəli digər ehtiyatların koordinasiyalı şəkildə inkişafı və idarə edilməsi sistemi olan və dünyada qəbul edilmiş  su ehtiyatlarının inteqrasiyalı idarəedilməsi prinsiplərinin tətbiq edilməsi olduqca vacib hesab edilir.

İnteqrasiyalı idarəetmə su ehtiyatlarının  istifadəsi və gələcək nəsillər üçün qorunub saxlanması arasında balansı təmin edəcəkdir. Bu məqsədlə Azərbaycan Dövlət Su Ehtiyatları Agentiliyinin Su və Meliorasiya Komplekslərinin Layihələndirilməsi İnstitutunun,  Azərbaycan Milli Su Partnyorluğunun (CWP Azerbaijan), Türkiyə Respublikasının “Təməlsu” Beynəlxalq Mühəndislik və Müşavirlik A.Ş. və “Safsu Ekoloji-Meliorativ Monitorinq Mərkəzi” İctimai Birliyinin birgə təşkaltçılığı  və əməkdaşlığı  ilə 25 oktyabra 2024-cü il tarixində “COP 29: İqlim dəyişmələri və su ehtiytlarının inteqrasiyalı idarəedilməsi” mövzusuna həsr edilmiş konfrans keçirilmişdir.

Konfransda Azərbaycanda keçiriləcək Tərəflər Konfransı COP29-da baxılcaq məsələlər içərsində dünyada, o cümlədən ölkəmiz üçün ən mühüm məsəllərdən olan iqlim dəyişmələri və bu dəyişmələrə daha həssas olan su ehtiyatlarının səmərili istifadəsi və su ehtiyatlarının inteqrasiyalı idarəedilməsi prinsiplərinin tətbiq edilməsi istiqamətləri müzakirə edilmişdir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentiliyinin və onun  tabeçiliyində fəaliyyət göstərən xidmətlərin,  elmi-tədqiqat və layihə institutlarının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin,  “Azərenerji” ASC-nin, Elm və Təhsil Nazirliyinin Coğrafiya institutunun, Bakı Dövlət Universitetinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin, ADA Universitetinin, Qeyri-hökumət təşkilatlarının mütəxəssisləri iştirak etdiyi bu konfransda su ehtiyatlarının səmərili istifadəsi və iqlim dəyişiklikləri şəraitində ölkəmizdə su ehtiyatlarının inteqrasiyalı idarəedilməsi prinsiplərinin tətbiq edilməsi istiqamətləri müzakirə edilmişdir.

Eyni zamanda respublikanın  ekologiya və su sahəsində mütəxəssislər hazırlayan Bakı Dövlət Universitetinin və Azərbaycan Memarlıq və İnşaat Universitetinin  təhsil alan gənclərin su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsinə maraqlarının artırılması və maarifləndirilməsi məqsədilə magistr və bakalavrlarının su sahəsində hazırladıqları layihələrin təqdimatı keçirilmişdir.

Dünya Bankı, BMT-nin İnkişaf Proqramı  və Beynəlxalq İnkişaf üzrə İsveç Agentlikləri tərəfindən 1996-cı ildə Qlobal Su Partnyorluğu (Global Water Partnership, GWP) su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi sahəsində beynəlxalq  şəbəkə strukturu yaradılmışdır. Dünyanın 180 ölkəsini əhatə edən 13 regional su partnyor şəbəkəsindən biri olan və 2002-ci ildə  Mərkəzi Asiya və Qafqaz (GWP CACENA) şəbəkəsinə 5 Mərkəzi Asiya və 3 Cənubi Qafqaz respublikaları daxil olmuşdur (sonralar Monqolustan da bu şəbəkəyə üzv qəbul edilmişdir).  Ölkəmizdə  su məsələləri ilə məşğul olan 17 dövlət, elmi-tədqiqat və layihə institutları, ali tədris müəssisələri, özəl və qeyri hökumət təşkilatlarının üzv  olduğu və  2022-ci ildə  İsveçin Stokholm şəhərində yerləşən GWP tərəfindən akkreditasiya olunmuş Azərbaycan Milli Su Partnyorluğu (CWP Azerbaijan) məhdud su ehtiyatlarına malik ölkəmizdə bu ehtiyatların səmərəli istifadə edilməsinə və inteqrasiyalı idarəedilməsi prinsiplərinin tətbiq olunmasına yardım göstərir. 

Избранный
34
45
modern.az

10Источники