RU

Ürəkbulanmanı belə aradan qaldırın

Ürəkbulanma hər kəsin qarşılaşa biləcəyi gündəlik sağlamlıq problemidir. Bəzi xəstəliklərin yan təsiri olaraq yarana bilən ürəkbulanmanı aradan qaldırmaq üçün evdə asanlıqla hazırlayıb tətbiq edə biləcəyiniz bəzi təbii üsullar da var. 

News24.az xəbər verir ki, bulantıları bir neçə dəqiqə ərzində aradan qaldırmaq üçün təbii üsullardan kömək ala bilərsiniz.

Cökə: Cökə, zəncəfil və nanə limon kimi bitki çayları mədə əzələlərini rahatlaşdıraraq bulantıları aradan qaldırmağa kömək edir. Balanslaşdırıcı və tənzimləyici təsirə malik belə bitki çaylarını hazırlayıb istehlak etməklə ürək bulanmasından rahatlıqla xilas ola bilərsiniz. Xüsusilə zəncəfil bulantıları aradan qaldırmağa kömək edir.

Soyuq su içmək: Bəzi hallarda bədəndə susuzluq səbəbiylə ürək bulanması baş verə bilər. Bundan əlavə, soyuq müalicəvi təsirə malik olduğundan, soyuq su içmək ürək bulanmasını asanlıqla aradan qaldırmağa kömək edəcəkdir.

Limon və nanə qoxusu: Aromaterapiya effektinə malik təbii efir yağlarının qoxusu ürəkbulanmanı aradan qaldırmağa kömək edir. Nanənin özü və ya antispazmodik təsir göstərən yağının iyi də mədə əzələlərini rahatlamağa kömək edəcək.

Duzlu kraker yemək: Az duzlu krakerlər mədə turşusunu balanslaşdırmağa kömək edir. Bu şəkildə ürəkbulanmanı rahatlıqla aradan qaldıra bilərsiniz. Ürək bulanmasını aradan qaldırmaq üçün kartof püresi, alma və ya düyü də istehlak edə bilərsiniz.


Məryəm İlhamqızı


Избранный
57
news24.az

1Источники