RU

Dörd nəfər dəm qazından zəhərlənib, ikisi həyatını itirib VİDEO

Sumqayıtda nənə, qızı və nəvəsi dəm qazından zəhərləniblər.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Corat qəsəbəsində fərdi evlərdən birində baş verib.

69 yaşlı Şövkət Süleymanovanın həyatını xilas etmək mümkün olmayıb.

Onun hamamda dəm qazından boğularaq öldüyü bildirilir.

Qonşuların sözlərinə görə, yaşlı qadın, qızı və nəvəsi həmin mənzilə yenicə köçüblərmiş.

Qadının qızı və nəvəsi isə xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.  

Abşeronda isə evdən gənc oğlanın meyiti tapılıb. 24 yaşlı  Xəyyam Daşdəmirovun Xırdalan şəhərində kirayə yaşadığı evdə meyiti aşkar edilib. Onun dəm qazından boğularaq öldüyü ehtimal edilir.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
15
xezerxeber.az

1Источники