RU

"Hakimlərin qərəzi açıq-aydın görünür" - "Kəpəz"in icraçı direktoru haqq axtarışında

"Kəpəz"in son 3 turda "Neftçi", "Qarabağ" və "Turan Tovuz"a qarşı keçirdiyi oyunlarda qeydə alınan mübahisəli hakim qərarlarından xəbərdarsız.

Həmçinin AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev Gəncədə olub. Yeni inşa olunan meydançalara və bazaya baxış keçirən qurum rəsmisiylə klub rəhbərliyi arasında görüş də baş tutub.

"Football-plus.az" qeyd olunanlarla bağlı "Kəpəz"in icraçı direktoru Cabir İbrahimovun fikirlərini öyrəndi:

"Bəli, təəssüf ki, son üç turda komandamız hakimlərin yalnış qərarlarına məruz qalır. "Neftçi" ilə başlayan proses "Qarabağ"la davam etdi. Dünən "Turan Tovuz"a qarşı oyunda da eyni şeyləri gördük. Bilindiyi kimi, klubumuz sponsor olmadan fəaliyyət göstərir, hec bir maliyyə dayağı yoxdu. Ortada çox böyük əziyyət var, gərgin əmək sərf olunur. Belə şəraitdə hakimlərin qərəzi açıq-aydın görünür. Məsələn, "Turan Tovuz"la oyunda azı bir xala layiq idik. Hakimlərin yalnış qərarları xal və ya xalları əlimizdən alır. Hətta VAR hakimləri də var. Onlar epizodları daha yaxşı görməlidi. Təbii ki, klub olaraq baş verənlərdən narahatıq. Bunların qarşısı alınmalıdı. Son oyunumuzu izləyənlər arasında AFFA-nin icraçı vitse prezidenti Sərxan Hacıyev də vardı. Görünən kəndə nə bələdçi?!"


KƏNAN BAHADIR
Избранный
23
football-plus.az

1Источники