Bakıda kənar dairəvi yolda torpaq uçqunu zamanı avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Avtosfer.az-ın məlumatına görə, artıq iki saatdan çoxdur ki, sürücülər ərazidə yolun açılmasını gözləyirlər.
Vətəndaşlar bildiriblər ki, hər gün istifadə etdikləri yolda təhlükə hər zaman olub.
Belə ki, bir neçə ay öncə də eyni hal təkrarlanıb.
Hazırda isə aidiyyəti qurumların əməkdaşları əraziyə cəlb olunublar.
Ətraflı Baku TV-nin süjetində: