RU

Bakı Kənar Dairəvi yolda qopan süxur kütləsinin daşınması həyata keçirilir

Bakı. Trend:

Bakı Kənar Dairəvi yolda qopan süxur kütləsinin daşınması həyatakeçirilir.

Bu barədə Trend-əGeoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyevdeyib.

Onun sözlərinə görə, süxurun yerdəyişməsi prosesi 3 gün öncəbaşlayıb.

“Bu gün prosesin son mərhələsi olub. Səhər saatlarında əraziyəbaxış keçirilib və müvafiq araşdırma aparılıb. Yamacın üsthissəsində, helikopter meydançasının arxasında asılı karnizstruktur süxur kütləsi qoparaq 50 sm yerini dəyişib və stabilvəziyyətdə qalıb. Bunun yol infrastrukturuna təhlükə törədəbiləcəyi nəzərə alınaraq müvafiq qurumlar tərəfindən bu süxurkütləsinin daşınması həyata keçirilir. Yol infrastrukturunda heçbir problem olmamış, nəqliyyatın hərəkətinə maneə yaranmayıb”, -deyə o bildirib.

Xatırladaq ki, daha əvvəl Daxili İşlər Nazirliyindən bildirilibki, bu gün saat 16 radələrində Baş Dövlət Yol Polisi İdarəsininEkoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən BakıKənar Dairəvi yolunun 6-cı kilometrliyində iri qaya parçalarınınyola doğru sürüşməsi müşahidə edildiyindən dərhal aidiyyəti üzrəməlumat verilməklə ərazi nəzarətə götürülüb.

DYP əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə ehtimalolunan təhlükənin qarşısının alınması, eləcə də nəqliyyatvasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi istiqamətindəqabaqlayıcı tədbirlər görülür, hərəkətin nizamlanması həyatakeçirilir.

Избранный
38
6
az.trend.az

6Источники