RU

Bakı Kənar Dairəvi-1 avtomobil yolunda təhlükə:SOL TƏRƏFDƏKİ YAMACDA UÇQUN OLUB

Bakı Kənar Dairəvi-1 avtomobil yolunun sol tərəfindəki yamacda uçqun hadisəsi baş verib.

 

Senzor.az bildirir ki, bunu KİV-ə açıqlamasında Geoloji Kəşfiyyat Agentliyi İdarə Heyətinin sədri Əli Əliyev bildirib.

 

O qeyd edib ki, proses üç gün bundan əvvəl başlasa da, bu gün son mərhələsi olub: "Səhər saatlarında əraziyə baxış keçirilib və müvafiq araşdırma aparılıb. Yamacın üst hissəsində, helikopter meydançasının arxasında asılı karniz struktur süxur kütləsi qoparaq 50 sm yerini dəyişib və stabil vəziyyətdə qalıb".

 

O əlavə edib ki, yol infrastrukturuna təhlükə törədə biləcəyi nəzərə alınaraq müvafiq qurumlar tərəfindən bu süxur kütləsinin ləğv edilməsi istiqamətində işlər aparılır: "Hazırda da bu işlər davam etdirilir və bu süxur kütləsinin daşınması həyata keçirilir. Yol infrastrukturunda heç bir problem olmayıb, nəqliyyatın hərəkətinə maneə yaranmayıb".

Избранный
29
22
senzor.az

10Источники